Məxfilik Siyasəti
mostpartner.com saytında qeydiyyatdan keçərkən Müştəri müəyyən şəxsi məlumatları təqdim edir, o cümlədən qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısını almaq üçün tələb olunan məlumatları.

Müştəri düzgün, dəqiq və yenilənmiş şəxsi məlumatları təqdim etməyi öhdəsinə götürür və özünü başqa fiziki və ya hüquqi şəxs kimi təqdim etməməlidir. Məlumatlarda dəyişiklik olduğu halda, Müştəri bu barədə Şirkəti dərhal və ya belə dəyişiklikdən sonra 30 gün ərzində məlumatlandırmalıdır.
Müştəri haqqında mostpartners-az.com saytında olduğu müddətdə təqdim edilmiş və ya ediləcək məlumatlar, Müştəri abunəlikdən imtina edənə qədər Şirkət tərəfindən Müştəriyə reklam mesajlarının göndərilməsi üçün istifadə edilə bilər. Abunəlikdən imtina reklam məzmununu aldıqda mümkündür. Bundan əlavə, Müştəri istənilən vaxt support@mostbet.com ünvanına elektron məktub göndərərək belə reklam məzmununun göndərilməsini dayandırmağı Şirkətdən tələb edə bilər. Abunəlikdən imtina və/və ya elektron poçtla müraciət Şirkəti yeddi iş günü ərzində Müştəriyə reklam məzmununun göndərilməsini dayandırmağa məcbur edir.

Müştəri tərəfindən Saytda fəaliyyəti zamanı təqdim edilmiş və/və ya ediləcək məlumatlar dövlət orqanlarına açıqlana bilər. Şirkət belə məlumatı yalnız tətbiq olunan qanunvericiliyə, normativ akta və ya məhkəmə qərarına əsasən və minimal zəruri həcmdə açıqlayacaq.
Müştəri haqqında şəxsi məlumat statusu daşımayan məlumatlar reklam xarakterli materiallarda istifadə oluna bilər.

Saytda Əməliyyatların həyata keçirilməsinin ilkin şərti kimi, Şirkət Müştəridən müəyyən təsdiqləyici və ya digər sənədləri təqdim etməyi tələb etmək hüququna malikdir. Müştəri belə sənədləri Şirkətə təqdim etmədiyi halda, Şirkət öz qərarına əsasən Müştərinin Hesabını istənilən müddətə dondura və ya birdəfəlik bağlaya bilər. Məxfilik Siyasətinin müddədləri ilə məhdudlaşmadan, Şirkət öz qərarı ilə Hesab açmaqdan imtina edə bilər (səbəbi göstərməklə və ya səbəbsiz).

http://mostpartners-az.com/ saytında korporasiya və ya digər kommersiya təşkilatı adından qeydiyyat həyata keçirilirsə, belə qeydiyyat həmin şəxsin korporasiya və ya təşkilatın nümayəndəsi kimi qeydiyyatı hesab olunur və bu şəxs həmin korporasiya və ya təşkilatı Müştəri qismində təmsil etmək səlahiyyətinə malikdir. Şirkət yalnız Müştərinin yazılı razılığı ilə, yaxud mövcud qanunvericiliyin tələb etdiyi və ya Müştərinin şəxsiyyətini təsdiq etmək məqsədilə mövcud və ya keçmiş Müştərilər haqqında şəxsi məlumatı açıqlamaq hüququna malikdir. Müştəri məlumatları yalnız Hesablarla məşğul olan Şirkət əməkdaşlarına ötürülür. Belə məlumatlar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq elektron və ya digər daşıyıcılarda saxlanılmalıdır.
Müştəri təsdiq edir və razılaşır ki, Müştərinin Hesabı və Əməliyyatları ilə bağlı bütün və ya bir hissə məlumatlar Şirkətdə saxlanıla bilər və Müştəri ilə Şirkət arasında mübahisə yarandıqda Şirkət tərəfindən istifadə edilə bilər. Şirkət öz qərarına əsasən, lakin məcbur olmadan Müştəri tərəfindən təqdim edilən istənilən məlumatı hər hansı məqsədlə nəzərdən keçirə və yoxlaya bilər. Müştəri bununla qəbul edir və razılaşır ki, Şirkət yuxarıda qeyd edilən yoxlamalara görə Müştəri qarşısında öhdəlik daşımır. Şirkət Müştərilərin və onların Hesablarının məxfiliyini qorumaq məqsədilə mütərəqqi məlumat mühafizəsi prosedurlarını tətbiq etməli və onları dövri olaraq yeniləməlidir.

mostpartner.com saytında qeydiyyatdan keçərkən Müştəri istifadəçi adı və şifrə seçir. Bu məlumatlar Müştəri tərəfindən hər dəfə Sayta daxil olmaq, Əməliyyat aparmaq və Şirkət Xidmətlərindən istifadə etmək üçün istifadə olunur. Müştəri məlumatlarının məxfiliyini qorumaq üçün http://mostpartners-az.com/ saytında qeydiyyat məlumatlarını (istifadəçi adı və şifrə daxil olmaqla, lakin bununla məhdudlaşmır) digər şəxslərə və ya kommersiya təşkilatlarına açıqlamaq qəti qadağandır. Müştərinin istifadəçi adı və şifrəsinin düzgün istifadə olunmaması (o cümlədən qadağan olunmuş və qorunmamış istifadə) və ya saxlanması səbəbindən, həmçinin üçüncü şəxslərin (Müştəri tərəfindən icazə verilmiş və ya verilməmiş) istifadəsi nəticəsində Müştəriyə dəyən hər hansı zərər və ya itkiyə görə Şirkət məsuliyyət daşımır.
Müştəri http://mostpartners-az.com/ saytından öz istifadəçi adı və şifrəsi ilə istifadəyə görə tam məsuliyyət daşıyır. Müştərinin hesabı ilə hansı əməliyyatları etdiyi barədə yoxlama aparılmasına görə Şirkət məsuliyyət daşımır.
Müştəri Hesabının hər hansı icazəsiz istifadəsinə dair şübhə olduqda dərhal Şirkətin müştəri dəstəyi xidmətini məlumatlandırmalıdır.

«Cookies» tərifi: «Cookie» faylı — Müştərinin kompüterinin və ya mobil telefonunun (bundan sonra – «cihaz») brauzerinə veb-saytın serverlərindən göndərilən və cihazın sərt diskində saxlanılan kiçik həcmli məlumat dəstəsidir, hansı ki çox vaxt anonim unikal identifikatoru ehtiva edir. Hər bir veb-sayt Müştərinin brauzerinə öz «cookie» faylını göndərə bilər (əgər brauzer parametrləri buna imkan verirsə). Lakin (məxfilik məqsədilə) Müştərinin brauzeri yalnız həmin veb-saytın göndərdiyi «cookie» fayllarına giriş imkanı verir, digər saytların göndərdiyi fayllara deyil. Bir çox veb-saytlar istifadəçilərin daxil olduğu hər dəfə onlayn trafikin izlənməsi məqsədilə «cookie» fayllarından istifadə edir. Müştəri brauzer parametrlərini dəyişməklə «cookies» fayllarının cihazına daxil olmasını bloklaya bilər.

«Cookies» fayllarına dair siyasətimiz: Müştəri http://mostpartners-az.com/ saytına daxil olduqda baxılan səhifələr və «cookie» faylları Müştərinin cihazının sərt diskində saxlanılır. Sərt diskdə saxlanılan «cookies» faylları Müştərinin sayta təkrar ziyarəti zamanı anonim identifikasiya və saytın ən populyar səhifələrinin müəyyən olunması üçün istifadə edilə bilər. Lakin məxfilik və təhlükəsizlik məqsədilə Şirkət Müştərilərin şəxsi məlumatlarını (ad, soyad, şəxsi məlumatlar, email ünvanı və s.) saxlamır. «Cookies» fayllarının istifadəsi geniş yayılmışdır və bu gün əksər iri veb-saytlar bu texnologiyadan istifadə edir. Müştərinin cihazında saxlanılan «cookies» faylları mostpartner.com saytına Müştərilər üçün daha rahat və effektiv platforma yaratmağa, həmçinin onların üstünlüklərini müəyyən etməyə imkan verir.